"Kəpəz"in məşqində klubumuzun 10 yaşlılardan ibarət kollektivinin üzvləri İsmayıl Abbasov və Ömər Yusifzadə də iştirak edib.
Football-plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, baş məşqçi Tərlan Əhmədovun təşəbbüsü ilə reallaşıb. Uşaqlar özlərinə kumir bildikləri futbolçularla birlikdə məşq edib, əyləncəli, unudulmaz anlar yaşayıblar. Maraqlı vaxt keçiriblər.
Xatırladaq ki, Tərlan Əhmədov tərəfindən daim uşaq futboluna diqqət, akademiyanın üzvlərinə etimad göstərilir. Təcrübəli mütəxəssis müxtəlif yaş qrupları üzrə komandaların oyunlarını, məşqlərini izləyir, bəyəndiyi futbolçuların əsas komandanın məşqində iştirakına şərait yaradır.
“Kəpəz”in gələcək ulduzları əsas komandanın məşqində
Premyer-liqa



