• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Halkın işləri necə gedir? - ARAŞDIRMA

Dünya futbolu

16-02-2023, 17:0

2022-ci ilin sonunda Halkın “Atletiko Mineyro”nu tərk edəcəyi haqda çox xəbər yayıldı.

Komandanın bir il əvvəl qazandığı ölkə çempionluğunu əldən verməsi hətta bəzi azarkeşlərin ondan üz döndərməsinə səbəb olmuşdu. Lakin iş elə gətirdi ki, təcrübəli futbolçu klubla müqaviləsini yenilədi.
Yeni müqavilənin müddəti 2024-cü ilin sonuna qədər nəzərdə tutulub, amma sənədə tərəflərin əməkdaşlığın vaxtını sonradan daha birilliyə artıra biləcəyi ilə bağlı bənd də salınıb. 2022-ci ildə “Atletiko Mineyro”nun heyətində bütün turnirlərdə meydana çıxdığı 46 oyunda 29 qolun və 5 məhsuldar ötürmənin müəllifi olan 36 yaşlı hücumçu ilə bağlı son məlumatlar yetərincə cəlbedicidi. İndi onlarla tanış olacağıq.

Cərimə zərbəsi ilə iki qol vurub

Hazırda Braziliyada ştat çempionatları keçirilir. “Atletiko Mineyro”nun “Demokrat”a 3:0 hesabıyla qalib gəldiyi oyunda Halkın qəhrəmanlığı xüsusi vurğulanmalıdı. O, cərimə zərbəsi ilə iki qol vurub. İkinci cərimə zərbəsi qapıya ən yaxın məsafədən təyin olunub. Olduqca baxımlı alınan qol epizodunda topun 119 km/saat sürətlə hərəkət etdiyini də qeyd edək. Birinci zərbə isə xüsusi diqqətə layiqdi. Halk bu şansı olduqca effekli şəkildə dəyərləndirib. Həmin zərbəni seyr etmək istəsəniz əvvəlcədən şərhçinin qışqırığından təlaşa düşməmək üçün videoyazını mümkün qədər alçaq səslə dinləməyiniz məsləhətdi...

İri cüssəli futbolçu buna qədər “Atletiko Mineyro”da çıxış etdiyi iki il ərzində cərimə zərbəsi ilə üç qol vurmuşdu. Onun qolları hesaba hər üç halda təsir etmişdi: “Korintians”la matçda hesabı bərabərləşdirmiş, “Fluminense”nin qapısından qələbə gətirən topu keçirmiş, “Amerika” ilə oyunda isə hesabı açmışdı.

Ştat çempionatında bombardirin qol şansını izahedilməyəcək dərəcədə əldən verdiyi məqam da var: topu bir metr məsafədən boş qapıdan keçirə bilməyib. Bunun əvəzində hər iki penaltini qola çevirməklə komandasına qələbə qazandırıb.

Bir oyuna 5,8 kq çəki itirib

Son bir ay onun üçün unudulmaz məqamlarla yadda qalıb. “Tombense” ilə oyundan əvvəl tərəziyə çıxan futbolçu 97,7 kq çəkidə olub. Matçdan sonra isə 91,9 kq-yə düşdüyünü görüb. Başqa sözlə, bir oyuna 5,8 kq çəki itirib. Klubu onun tərəzidə çəkilmə prosesini sosial şəbəkələrdə nümayiş etdirib.

Bu qədər çəki defisiti matçın keçirildiyi gün Muriae şəhərində yüksək hərarət səbəbindən qaçılmaz olan su itkisi ilə izah edilir. Hərçənd oyun səhər saat 11.00-da başlayıb. Həmin anda havanın hərarəti 31 dərəcə olub. Hərçənd növbəti günlərdə hərarət daha yüksək – 34 dərəcəyə çatıb. Braziliya mənbələrinin xəbərinə görə, Halk “Atletiko Mineyro”ya keçəndən sonra hər oyunda təxminən 5 kq çəki itirib.

30 litr su içib

Bir maraqlı hadisə isə 2022-ci ilin yayında baş verib. “Atletiko Mineyro” Braziliya kubokunda “Flamenqo” ilə qarşılaşırmış. Halk onda da 6 kq itirdiyini deyib. Amma həmin matçdan sonra komanda ilə birlikdə təyyarəyə minə bilməyib. Səbəb dopinq testini heç cür verə bilməməsi ilə bağlıdı. Özünün dediyinə görə, bu prosesə 4 saat sərf edib və 30 litr su içib: “Əvvəl-axır test prosesi başa çatdı”.
Klubun fizioloqu Roberto Kiari bunu belə izah edib: “O, çox tərləyir, amma bu, pis əlamət deyil. Həddən artıq tərləyən idmançı bədənindəki istiliyi tərləmə nəticəsində daha effektli şəkildə yayır. Tərin buxarlanması idmançıya bədəndəki istiliyi daha effektli şəkildə itirmək imkanı yaradır. Tərləmə səbəbindən susuzlaşmaya görə çox çəki itirmək problem deyil. Bu, bizim idmançının hidratasiyasına xüsusi diqqət yetirməyimizi tələb edir. Bu prosesə nəzarət etdiyimiz müddətdə idmançının sağlamlığı ilə bağlı heç bir problem ortaya çıxa bilməz”.

Fanatları tənqid edib və getməklə hədələyib

Bu hal ötən ilin sentyabrında, komanda uğursuzluq zolağında olarkən yaşanıb. Zarafat deyil, son çempion yayın (Braziliyada qışın – red.) ortalarından başlayaraq bütün turnirlərdə keçirdiyi 16 oyunda yalnız 3 qələbə qazanmış və liderdən böyük fərqlə geri düşmüşdü. Belə nəticə yalnız fanatları deyil, “Atletiko Mineyro”nun liderini də çox hirsləndirmişdi: “Gücüm çatdığı qədər oynayıram. Əzm yetərsizliyi haqda danışmaq qəbuledilməzdi. Fanatlara böyük hörmətim var, amma mənim kifayət qədər yaxşı oynamadığımı düşünürsüzsə, burdan gedə bilərəm...”
Qeyd edək ki, Halk son mövsümün müəyyən hissəsində meydana müəyyən dərəcədə zədəli halda çıxmışdı. Çətin durumda olan komandanın cədvəldəki mövqeyini yaxşılaşdırmasına kömək etməyə çalışmışdı. Özü də çətin vəziyyətdə olsa da, ara-sıra qolçuluq bacarığını göstərə bilmişdi. Ölkə kubokunun “Flamenqo” ilə məlum oyununu da tam sağlam halda keçirmişdi. Maraq üçün hücumçunun 2022-ci ildə 49, bir il əvvəl isə 68 oyuna çıxdığını da qeyd edək.

İki ilə 114 oyuna 65 qol vurub

Sonda karyerası ərzində Yaponiya, Portuqaliya, Rusiya və Çində də top qovan Halkın ümumi statistikasına nəzər salaq.

* İyulun 25-də 37 yaşını tamamlayacaq futbolçu “Atletiko Mineyro”da 3-cü ilini keçirir. Əvvəlki iki ildə ağ-qara formada iştirak etdiyi 114 oyuna 65 qol vurub. Razılaşaq ki, 33 yaşdan sonra belə məhsuldarlıq göstərməsi heç də zəif göstərici deyil.
* Son iki ildə 5 turnirin qalibi olub. Braziliya çempionluğu, ölkə kuboku və superkuboku, həmçinin iki dəfə ştat çempionluğu onun titullar kolleksiyasını yetərincə zənginləşdirib.
* Qeyd etdiyimiz dövrdə hətta son 5 ildə ilk dəfə milli komandada oynamaq fürsəti qazanıb. Bu şans ona DÇ-2022-nin seçmə turnirinin Peru ilə 2021-ci ilin sentyabrında baş tutan matçında verilib. Yalnız bir neçə dəqiqə meydanda olan bombardirin Braziliya yığmasında 2009-21-ci illərdə 49 oyuna 11 qol vurduğunu da bildirək.
Halk və komandası üçün növbəti çağırış ölkə çempionatının apreldə start götürəcək yeni mövsümü olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-11-2022, 12:0

Halk Türkiyədə oynayacaq?

Dünya futbolu

16-12-2022, 22:0

"Atletiko Mineyro"da daha bir müqavilə

Aktual
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
Son xəbərlər
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 78
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə