Dünən qadın voleybolçular arasında yüksək liqada 3-cü dövrəyə start verilib. 7-ci turun ilk oyununda "Azərreyl" "Murov"u 3:0 (25:22, 25:20, 25:18) hesabıyla məğlub edib. Günün ikinci matçında isə "Abşeron" UNEC-ə eyni hesabla qalib gəlib - 3:0 (25:10, 25:05, 25:07).
Xal durumu: Azərreyl – 17, Abşeron - 15, Murov – 10, UNEC – 0.
Yeri gəlmişkən, Azərbaycan Voleybol Federasiyasının (AVF) Nizam-İntizam Komissiyasının iclası keçirilib. Toplantıda Hakimlər Kollegiyasının fevralın 10-da ünvanladığı müraciətə baxılıb. Müraciətdə kişi voleybolçular arasında yüksək liqanın 5-ci turunun “Xarı bülbül” - “Neftçi” qarşılaşmasında intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar verilməsi xahiş olunub. İclasda həmin matçda “Xarı bülbül”ün kapitanı İlqar İmamquliyevin intizam qaydalarını pozduğu və qeyri-etik hərəkətlərə yol verdiyi bildirilib. AVF-nin reqlamentinə əsasən voleybolçuya xəbərdarlıq edilib və 2 oyunluq şərti cəza verilib.