• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Menecerlər klubların transfer siyasətindən məmnundu

Premyer-liqa / Manşet

13-02-2023, 19:0

Futbolumuzda qış “transfer pəncərəsi” fevralın 9-da bağlandı.

Arxada qalan müddət ərzində klubların həyata keçirdiyi transfer siyasəti maraq doğurmaya bilməz. Görəsən, onlar bu yöndə nə dərəcədə uğurlu oldular? Bunu aydınlaşdırmaq üçün təcrübəli menecerlərə müraciət etdik.

Tural Əsgərov:

"Klubların transfer siyasətindən danışmamış "Qarabağ"ın bu yöndə çalışmalarını bir qədər qabardardım. Çünki daim güclü Avropa klublarıyla mübarizə aparan Ağdam təmsilçisi “transfer bazarı”nda da döyüşdü. Bildiyiniz kimi, "köhlən atlar"ın iki əsas oyunçusu - Kadi Borgeslə Kvabena Ovusuya “elçi düşdü”. Komanda adı çəkilən futbolçuları heyətdə saxlamaq üçün sona qədər çarpışdı. Amma alınmadı. Düzdü, “Qarabağ” satdığı futbolçularla klubun büdcəsini yaxşılaşdırdı. Amma iki əsas heyət üzvünü də itirdi. Adətən, qış “transfer pəncərəsi” çox qısa olur. Bu qısa dövrdə "Qarabağ" ilk dəfə heyətlə bağlı ciddi itkilər verdi. Onların əvəzinə transfer edilənlərin nə dərəcədə faydalı olub-olmayacağını zaman göstərəcək. "Sabah" transferə ehtiyac duymadı. "Neftçi", "Zirə" və "Sumqayıt"ın da uğurlu transferlər etdiyini düşünürəm. "Qəbələ" daha çox heyətini qorumaqla və son anda bir transfer etməklə diqqəti çəkdi. Tovuz və Gəncə təmsilçiləri zəif maliyyə dayaqlarına malik olduğundan onlar da heyətin özəyini qorumaqda maraqlıydı. "Şamaxı" fərqli strategiyaya sahibdi. Bu üzdən yerli futbolçuları heyətə cəlb etdi. "Səbail" də transfer çalışmlarında fəal olmadı. Düşünürəm ki, "Qarabağ" başda olmaqla yeni futbolçuların nə dərəcədə faydalı olacağını bir-iki ay sonra biləcəyik".


Vaqif Heydərli:
"İndidən transferlərin nə dərəcədə keyfiyyətli olmasıyla bağlı konkret fikir bildirmək düz deyil. Yeni gələnlərin çempionatımıza və ölkəmizə uyğunlaşması üçün ən azı bir ay vaxt lazımdı. Ümumilikdə "Qarabağ"ın heyətinə cəlb etdiyi Diakabi və Benzya üst səviyyəli liqalarda çıxış edib. Düşünürəm ki, uyğunlaşma prosesini tamamlasalar, onların yaxşı çıxışını görəcəyik. "Sabah" transferə ehtiyac duymadı. "Neftçi" Saldanya ilə Lebonu heyətinə qatmaqla uğurlu addım atdı. "Sumqayıt"ın yayla müqayisədə indi daha faydalı transferlər etdiyini düşünürəm. "Zirə"nin, gec olsa da, yeni “nəfəs” əldə etdiyini düşünürəm. Gerye və Kulaç haqda artıq nəsə deməyə ehtiyac yoxdu, ikisi də səviyyəli futbolçudu. "Səbail"lə "Qəbələ" cəmi bir oyunçuya ehtiyac duydu. Fikrimcə, onlar maksimum bacarıqlı oyunçular cəlb edib. Əsasən də "dənizçilər"in David Qomisi transfer etməsini qabardardım. Fransanın 2-ci liqasından gəlib. Orda da səviyyəli futbolçular göz oxşayır. Bu vaxta kimi həmin liqadan bizə pis futbolçu gəlməyib. "Şamaxı" bəlli səbəbdən yerli oyunçularla gücləndi. "Kəpəz" Abdulla Rzayev, İdris İnqilablı kimi potensiallı gəncləri, Juninyonu sırasına qatdı. Amma xorvat qapıçı Mustapiçin hələlik fayda vermədiyini görürük. Ona görə Tərlan Əhmədov "Qarabağ"la oyunda yenidən Orxan Sadıqlıya ehtiyac duydu. "Turan Tovuz"un büdcəsi zəif olsa da, legionerlərlə gücləndi ki, onlar komandaya xeyir verəcək. Çempionat marafonu uzundu, inanıram ki, yeni futbolçuların yaxşı çıxışını görəcəyik".


Səbuhi Səfiyarlı:
"4-5 illik əvvəlki qış transfer dövrü ilə müqayisədə bu dəfə fəallıq hiss olundu. Hətta ikinci "5-lik"də mübarizə aparan komandalar da passiv davranmadı. Sonuncu yeri tutanın çempionatı tərk edəcəyini nəzərə alsaq, ikinci "5-lik"də mübarizə olduqca kəskin xarakter alacaq. Bu üzdən hər biri heyətini gücləndirmıkdə maraqlıdı. Məsələn, "Sumqayıt"ın gücləndiyini vurğulayardım. Bundan başqa, qış fasiləsində premier-liqadan daha güclü çempionatlara keçənlər oldu. Kadi ilə Ovusunu nümunə göstərərdim. Bu, Misli premyer-liqasının reklamı deməkdi. Düzdü, adı çəkilən oyunçuların gedişi "Qarabağ" üçün ciddi itkidi. Çünki əsas heyət üzvləri, oyunun taleyini həll etmək bacarığına malik idilər. Ağdam təmsilçisinin heyətinə cəlb etdiyi Diakabiylə Benzya cari çempionat üçün yox, növbəti mövsümdə özlərini daha yaxşı göstərəcəklər. Çünki onların uyğunlaşması bir müddət çəkəcək. "Köhlət atlar"ın yeganə axsayan mövqeyi qapı xəttidi. Şahruddin sıradan çıxandan sonra "1 nömrə" yoxdu. Qış fasiləsində də bu mövqeyə oyunçu tapılmadı. Ona görə əllərində olan qolkiperlərlə kifayətlənməli olacaqlar. Əslində qış “transfer pəncərəsi”ndə yaxşı futbolçu tapmaq çox çətindi. Tapılanda da qiymət çox yüksək olur. Fikrimcə, "Qarabağ" yayda güclü qapıçını sıralarına qatacaq. "Sabah" isə heyətini gücləndirmədi. Düşünürəm ki, buna ehtiyac da yox idi. Onsuz da yayda hər mövqeyə bir neçə oyunçu cəlb ediblər. "Zirə" yaxşı oyunçular gətirsə də, bunu çox gec etdi. Ona görə də bir müddət uyğunlaşma prosesi keçməli olacaqlar. "Neftçi" də uğurlu transferlər edib. Ümumilikdə yuxarıda qeyd etdiyim kimi, əvvəlki illərlə müqayisədə yola saldığımız “transfer pəncərəsi”ndə fəlallıq göz oxşadı".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-04-2022, 15:0

Yay “transfer pəncərəsi”nin müddəti müəyyənləşdi

Aktual
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
Son xəbərlər
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə