• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Siti” “Yuventus”dan da sərt cəzalandırıla bilər - TƏHLİL

Dünya futbolu

10-02-2023, 13:0

Bazar ertəsi – fevralın 6-da İngiltərə Premyer-Liqası (İPL) saytı vasitəsi ilə 4 il davam edən təhqiqatın nəticələri haqda bilgi verdi.

Football-plus.az xəbər verir ki, təhqiqat “Mançester Siti”nin maliyyə fəaliyyəti – hesabatlar, gəlir və xərclər, həmçinin maaşlar və mükafatlar ilə bağlı idi.

İPL müəyyənləşdirdi ki, klub 2009/10 mövsümündən 2017/18 mövsümünə qədər dəfələrlə reqlamenti pozub. Qurumun bəyanatında deyilir ki, Mançester klubu göstərilən dövr ərzində sponsor gəlirləri, əməliyyat xərcləri, həmçinin 2009-13 aralığında komandanı çalışdıran Roberto Mançininin əməkhaqqıl ilə bağlı tam məlumat təqdim etməyib.

Bundan başqa, “şəhərlilər” klubların lisenziyalaşması haqda qaydaları və “maliyyə feyr-pleyi”ni pozmaqda da suçlanır. Liqa bu məqamın üzərində xüsusi dayanır: “Siti” bu müddətdə istintaqla əməkdaşlıq etməyib, lazımi bilgiləri çatdırmayıb, hərçənd İPL-in qaydaları bunu nəzərdə tutur. Bəyanatda o da qeyd olunur ki, komissiyanın yekun qərarı İPL-in saytında dərc olunacaq. Ancaq nə vaxt – bax, bu bilinmir.

5 il əvvəlin söhbəti


Hər şey 5 il əvvəl, Almaniyanın “Der Spiegel” saytının ifşaedici məlumatları sızdırmaqla məşhurlaşan “Football Leaks”in hakerlərindən aldığı informasıyanı dərc etməsiylə başladı. Yazıda qeyd olunurdu ki, guya Mançini BƏƏ-dən olan vasitəçilərdən məxfi müqavilə üzrə əlavə ödənişlər alıb. Söhbət “Mançester Siti”nin sahibi şeyx Mənsura məxsus olan “Əl-Cəzirə” futbol klubundan gedir. Bu sənədlər dərhal İPL-in diqqətini cəlb etdi. Eyni zamanda müstəqil təhqiqat aparan UEFA 2020-ci ildə “Siti”ni lisenziyalaşdırma qaydalarını pozduğuna və sponsor gəlirlərini artırdığına görə ikiilliyə avrokuboklardan uzaqlaşdırdı. Söhbət onmilyonlarla funtdan gedirdi. Ancaq “şəhərlilər”in apellyasiya şikayəti ünvanladığı İdman Arbitraj Məhkəməsi bəzi pozuntuların vaxtı keçdiyinə görə UEFA-nın qadağasını ləğv etdi. İndiki durum pidi.

“The Times”ın yazdığına görə İPL qayda pozuntularının vaxtı ilə bağlı müddət müəyyənləşdirməyib, yəni burda “etibarlılıq müddəti bitib” kartı keçməyəcək. Bundan başqa, İPL-in qaydalarına görə, klubun artıq hansısa məhkəməyə müraciət etmək hüququ olmayacaq.

Sanksiyar nə ola bilər?

Bütün bu proseslərin “Siti” üçün necə nəticələnəciyini demək çətindi. Pozuntu çoxdu – komissiya bunların hamısını və ya bir hissəsini təsdiqləyə, ümumiyyətlə, bütün ittihamları qaldıra da bilər. Ancaq İPL-in reqlamentində göstərilib ki, qayda pozuntusuna yol verən klublar xəbərdarlıq, cərimə, xal silinməsi, həmçinin yüksək diviziondan qovulmaq kimi ən müxtəlif cəzalar ilə üzləşə bilər.

Klub hansı reaksiyanı verdi?

“Siti” daim qayda pozuntularını inkar edib və iddia edir ki, kluba yönələn ittihamlar sındırılmış elektron poçtlara və kontekstdən çıxarılan məktublara əsaslanır. İPL-in bəyanatından dərhal sonra klubdan da açıqlama gəldi:

“Mançester Siti” güman olunan qayda pozuntuları ilə bağlı yayılan məlumata təəccüblənib, xüsusən də klubun araşdırma prosesində fəal iştirakını və İPL-ə böyük sayda detallı material təqdim etdiyini nəzərə alsaq. Klub bu işi müstəqil komissiyanın araşdırmasını alqışlayır. Məhz həmin komissiya mövqeyimizin müdafiəsi ilə bağlı təkzibolunmaz dəlilləri qərəzsiz şəkildə dəyərləndirə bilər. Hesab edirik ki, bu məsələ birdəfəlik və həmişəlik bağlanacaq”.

Proqnoz

UEFA “Siti”ni ittiham edəndə klub bildirdi ki, hərəkətlərini və müdafiə etmək və adını təmizə çıxarmaq üçün əlindən gələni əsirgəməyəcək. Dünyanın ən zəngin adamlarından birinin maliyyələşdirdiyi Mançester klubu məhkəmədə qalib gəlmək üçün istənilən məbləği xərcləməyə hazır idi. Ancaq İPL tam başqa səviyyədə, daha təhlükəli rəqibdi. Premyer-liqa planetin ən zəngin futbol, ümumiyyətlə, idman liqalarından biridi. İPL-in öz reqlamenti, öz hüquq müstəvisi var. Bu liqada yarışanlar da “Siti”nin hər il çempionluq uğrunda mübarizə apardığı zəngin klublardı. Mançesterdən olan klubun bu dəfə də canını yüngül cəza ilə qurtara biləcəyinə dair heç bir təminat yoxdu.
MS premyer-liqadan kənarlaşdırılacağı təqdirdə daha aşağı diviziona düşə bilər. İngiltərə Futbol Liqasının (EFL) elitanı tərk edən klubları öz bayrağı altında keçirilən yarışlara qəbul etmək kimi öhdəliyi yoxdu. Mançester təmsilçisinin maliyyə fırıldaqlarına yol verməsi təsdiqini taparsa, klub premyer-liqadan sonra səviyyəcə ilk 4 diviziondan (çempionşip, 1-ci, 2-ci və 3-cü liqalar) kənarda qala bilər.

Qaydalara görə, premyer-liqadan kənarlaşdırılan komanda aşağı dəstədə oynamaq üçün EFL-ə müraciət etməlidi. Qurum isə həmin klubu sözügedən liqalara buraxmamaq hüququna malikdi.

Başqa klublar nə düşünür?

Premyer-liqada yarışan başqa klubların da MS-nin maliyyə pozuntularına münasibəti bəllidi. “Sky Sports”a inansaq, əksər klublar “şəhərlilər”in 9 mövsüm ərzində maliyyə pozuntularında günahı subuta yetiriləcəyi təqdirdə onların premyer-liqadan qovulmasını istəyir. Yəni MS-nin günahı sübuta yetirilsə, heç kimin bu komandaya ürəyi yanmayacaq. Xüsusən də “böyük altılıq”dan olan klublar günahkarın cəzalanmasında israrlıdı.

Bildiyiniz kimi, bu qrupa MS ilə yanaşı, MY, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” daxildi. O da qeyd olunur ki, başqa klublar MS-nin titullardan məhrum olunmasını mənasız addım sayır. Belədə premyer-liqanın nüfuzu da aşağı düşəcək. Bütün mümkün cəzalar sırasında cərimə ən faydasız cəza sayılır.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-02-2023, 18:0

MS sanksiyaya məruz qala, Qvardiola isə komandadan gedə bilər – TƏHLİL

Dünya futbolu

22-03-2022, 17:0

“Mançester Siti” Avropada 1-ci olub

Dünya futbolu

7-08-2022, 12:0

Qvardiola "Mançester Siti"də qalacaq

Dünya futbolu

30-04-2022, 23:0

"Mançester Siti"dən böyük hesablı qələbə

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Bu gün, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 18:00
    Klublarımız 3-cü təsnifat mərhələsinin qapısını aralaya biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə