Rauf Məmmədovun "Airthings Masters"in I divizionunda növbəti görüşü

7.02.2023 10:54 245
İdman
Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsinin I divizionunda növbəti oyununu keçirəcək.

Football-plus.az xəbər verir ki, I turda məğlub olan 35 yaşlı qrossmeyster eyni aqibəti yaşamış hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Tərəflər 4 görüş keçirəcəklər. Rauf Məmmədov ötən gün ABŞ təmsilçisi Uesli Soya uduzub - 1.5:2.5.

Qeyd edək ki, "Airthings Masters" fevralın 10-da başa çatacaq.