“Liverpul”un Məhəmməd Salah ilə yeni müqavilə mövzusunda razılığa gələ bilməməsi rəhbərliyi adekvat addım atmağa vadar edir.
İngiltərə klubu misirli hücumçunu bu yay satmaqla xəzinəsini artırmağı planlaşdırır. Əks halda Salah bir ildən sonra qırmızı forma ilə azad agent kimi vidalaşacaq və kluba heç nə qazandırmayacaq. Bəzi mənbələr onun cari “transfer pəncərəsi” dövründə “Real”a keçə biləcəyini qeyd edir. “The Sun” nəşrinin məlumatına görə, “Benfika”nın hücumçusu Darvin Nunyesi transfer edən “Liverpul” indi Məhəmmədi satmağa hazırdı. Rəhbərlik 70 milyon avroluq təklif alacağı halda bunu dəyərləndirəcək.