"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazandı - VİDEO

4.02.2023 20:55 250
İdman
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.

Football-plus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici dueldə fransalı Sedrik Revolu məğlub edərək yarışın baş mükafatına sahib çıxıb.

Bu, Azərbaycan cüdoçularının yarışda ilk medalı olub.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə fevralın 5-də yekun vurulacaq.