• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Asəf Namazovdan Arif Əsədova şok ittiham - MÜSAHİBƏ

Aktual / Müsahibə

4-02-2023, 19:0

Ötən əsrin 70-ci illərində "Neftçi"nin aparıcı futbolçularından biri də Asəf Namazov idi.

Müdafiəçi 10 ildən çox "ağ-qaralar"ın şərəfini qoruyub. Bugünlərdə redaksiyamızın qonağı olan veteran futbolçuyla "Neftçi"nin dünənindən və bugünündən, həmçinin futbolumuzun durumundan danışdıq.

- Uzun illər "Neftçi"nin formasını geymisiz. Komandanın hazırkı durumundan razısız?

- Əlbəttə ki, razı deyiləm. "Neftçi" həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. SSRİ dövründə yalnız məşhur klub yox, həm də Azərbaycanən millisi sayılırdı.

- İttifaq dönəmindəki "Neftçi"ylə indiki arasındakı əsas fərq nədi?

- O dövrdə bütün klublar kimi, "Neftçi" də birbaşa dövlətin himayəsində və nəzarətində idi. Bizə hər cür şərait yaradılırdı. Futbolçulardan yalnız meydana çıxıb can qoymaq gözlənilirdi. O boyda dəstək, qayğı qarşısında oynamamaq günah olardı. Hətta il ərzində bir necə dəfə xüsusi tibbi komissiya gəlib həm məşqçiləri, həm də futbolçuları yoxlayır, test normativlər götürülürdü. Nəbzimizi yoxlamaqla fiziki hazırlığın qiymətləndirilməsi əsas şərtlərdən idi. İndi belə yoxlamalar, təəssüf ki, yoxdu.

- Demək istəyirsiz ki, "Neftçi" xoş olmayan dövrünü yaşayır?

- Hazırda bəli. SSRİ dönəmində komandanın tarixində bir dəfə tənəzzül olub. O da təsadüf edir 1971-72-ci il mövsümünə. Bir qədər geniş danışacam. "Neftçi"nin yüksəlişində və 1966-cı ildə SSRİ çempionatında bürünc medalları qazanmasında baş məşqçi amili böyük rol oynadı. İkinci dövrədə komandanın “sükanı arxasına” Əhməd Ələsgərov keçdi. Qısa müddətdə döyüşkən kollektiv yaratmaqla çempionatı ilk "3-lük"də tamamladıq. Ələsgər müəllimin 4 il "Neftçi"yə rəhbərliyi uğurlu oldu. Lakin 1970-də onun gedişiylə komandanın qara günləri başladı. Ələkbər Məmmədov baş məşqçi, Kazbek Tuayevlə Rauf Adıgözəlov köməkçiləri oldu. Bu "üçlük" komandanı göydən yerə endirdi. Onlar "Neftçi"ni aşağı liqaya yuvarlatdılar. Bu komandanın ən rüsvayçı tarixi idi. Fiaskodan sonra yuxarıda adını çəkdiklərim klubdan uzaqlaşdırıldı. 4 il aşağı liqada oynamalı olduq. Yalnız Gennadi Bondarenkonun rəhbərliyi altında komanda “bişəndən” sonra, 1976-da elitaya qayıtdı. Bondarenko daha 2 il komandanı çalışdırandan sonra öz istəyi ilə klubdan ayrıldı. Sözümün canı odu ki, son illərdə "Neftçi"nin fəaliyyəti Ələkbər Məmmədov - Kazbek Tuayev - Rauf Adıgözəlov “üçlüy”ünün idarəçiliyini xatırladır.

- Gənc vaxtlarınızda təcrübəli Anatoli Banişevskiylə birgə çıxış etmisiz. Futbolumuzun əfsanəsi həmin dövrdə "Neftçi"nin tənəzzülünə necə reaksiya verirdi?

- Təbii ki, o da çox məyus olmuşdu. Ona Rusiya və Ukraynanın iddialı kıublarından təklif gəlsə də, heç yerə getmədi. Təssəvvür edin, SSRİ millisinin əsas üzvü elitanı tərk edən "Neftçi"ylə aşağı liqada oynamağı üstün tutdu. Banişevskinin böyüklüyü onun sadiqliyində idi. Gənclərə həm məşqlərdə, həm də oyunlarda dəstəyini, köməyini əsirgəməzdi. O start heyətində yer alanda və ya sonradan meydana çıxanda biz daha böyük motivasiya ilə çıxış edirdik. Hamımızla yaxşı münasibəti olsa da, həmyaşıdı Tofiq Abbasovla daha yaxın idi. Elə onunla da bir otaqda qalırdı.

- Sizcə, bugünkü "Neftçi"ni ayağa qaldırmaq üçün nə lazımdı?

- İstənilən klubda futboldan anlayışı olan və peşəkarlarla çalışmağı bacaran insanlar olmalıdı. Dediklərim eynilə AFFA və PFL rəhbərliyinə də aiddi. Vaxtilə Fuad Musayevlə Fuad Əsədovun ağalığı hökm sürürdü. İndi də aşağı-yuxarı heç nə dəyişməyib. AFFA-nın yüksək kreslo sahibləri ölkənin əsas komandasına heç bir təcrübəsi olmayan Yurçeviç kimiləri gətirib seçmə mərhələdə 1 xal toplamasına heç nə demirsə, danışılacaq nəsə yoxdu.

- 2000-ci ildə "Neftçi"də baş məşqçiliyiniz çox qısa çəkdi. Səbəb nə idi?

- Kağız üzərində 2 ay, praktikada isə 10 gün çəkdi məşqçiliyim. O vaxt məni komandaya klubun prezidenti Adil Paşayev gətirmişdi. Amma AFFA-nın sabiq prezidenti Fuad Musayev işləməyə imkan vermədi. Mənə çoxları demişdi ki, o sənin “torbanı tikəcək”. AFFA-nın rəhbəri kefi istəyəndə komandadan hansısa futbolçunu başqa kluba keçirir, kefi istəyəni yığmanın toplanışına cəlb edirdi. Qısası, hər cür maneə törədirdi. Mən də buna qarşı susmurdum. Sonra iş elə gətirdi ki, bir qrup futbolçunu mənə qarşı qaldırdı. Bunun üçün yaxşı zəmin də yaratdı. Mən komandaya bacardığım qədər yaxşı toplanış keçib UEFA kubokunda Sloveniya "HİT-Qoritsa"sına qarşı cavab matçına hazırlayırdım. İlk oyunda rəqibi doğma meydanda 1:0 məğlub etmişdik. Səfərdə də sərfəli nəticəyə nail olub mərhələ keçmək istəyirdik. Oynumuz pis alınmadı, qol da vurduq. Amma rəqib hesabı 2:1 etdi. Bu nəticə də bizi növbəti mərhələyə daşıyırdı. Amma Fuad Musayev artıq işini görmüşdü. Mənim rəhbərlik etdiyim komanda heç bir halda mərhələ keçməməliydi. Ona görə də onun əlaltısı olan oyunçular “qara iş” görməliydi. Onlardan da biri hazırda millimizdə köməkçi məşçi olan Arif Əsədov idi. Bilərəkdən kobud səhv etdi və qapımızda 3-cü qolu gördük. Matçdan sonra da futbolçuların çoxu sözü bir yerə qoyub, məni baş məşqçi görmək istəmədiklərini bildirdilər. Beləcə Fuad Musayev “torbamı tikərək” söz sahibi olduğunu göstərdi.

ABDULLA İSMAYILOĞLU / Football-plus.az

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

1-02-2023, 22:0

Asəf Namazov: “Pis vərdişlərdən uzaq olsa da, özünə baxan da deyildi”

Aktual
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Son xəbərlər
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
  • 6-06-2026, 23:0
    İspaniyadan Niderlanda üz tutdu
  • 6-06-2026, 22:0
    “Nyukasl”dan ayrıldılar
  • 6-06-2026, 22:0
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Daha çox
Oxunub: 711
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 247
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 153
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə