• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Asəf Namazov: “Pis vərdişlərdən uzaq olsa da, özünə baxan da deyildi”

Ölkə futbolu / Manşet

1-02-2023, 22:0

Bu gün "Neftçi"nin tanınmış futbolçularından olan Rəşid Özbəyovun doğum günüdü.

Yaşasaydı, 70 yaşını qeyd edəcəkdi. Amma Özbəyov 2001-ci il sentyabrın 16-da - 48 yaşında ürəktutmasından dünyasını dəyişib. Futbolumuzun ən görkəmli nümayəndələrindən birini onun komanda yoldaşı olmuş Asəf Namazovla söhbətdə xatırladıq.

- Rəşid Özbəyovla uzun illər çiyin-çiyinə "Neftçi"də oynamısız. Komanda yoldaşınız haqda fikirləriniz maraqlıdı...
- Əvvəlcə onu deyim ki, son iki ildə komanda yoldaşlarımdan daha üçü - Füzuli Cavadov, Səmədağa Şıxlarov və Elbrus Abbasov dünyasını dəyişib. Bizim nəslin futbolçuları ilbəil azalır. Rəşidə gəlincə, çox döyüşkən futbolçu olub. O, sol cinah müdafiəçisiydi, həm sürətli, həm də aqressiv futbol oynayardı. İndiki futbol diliylə desək, fola yaxın oyunçu idi. Buna rəğmən, mövqeyində fəal, komandası üçün maksimum döyüşkən və təslim olmağı sevməyən futbolçuydu. Daim Azərbaycan futboluna sədaqətlə xidmət edib.

- Özbəyovla bir yaş fərqiniz var. "Neftçi"yə eyni vaxtda gəlmişdiz?
- Rəşid "Neftçi"yə məndən bir il əvvəl qoşulmuşdu. O vaxt SSRİ-də hər il 15-17 yaşlı futbolçular arasında "Ümid kuboku” keçirilirdi. Yarışda ittifaq respublikalarını yığmaları çıxış edirdi. 1971-ci ildə final mərhələsi Bakıda keçirildi və gənclərdən ibarət yığmamız bütün rəqiblərini üstələyərək turnirin qalib oldu. Yarışda özünü yaxşı tərəfdən göstərənlərdən biri də Özbəyov idi. Elə həmin il Rəşidlə Səmədi (Səməd Qurbanovu nəzərdə tutur – red.) "Neftçi"yə dəvət etdilər. Onlar ilk vaxtlar əvəzedici komandada oynamağa başladılar. 1973-cü ildən mən də "Neftçi"yə qoşuldum və Rəşidlə tanışlığımız, yoldaşlığımız başladı.

- Rəşid Özbəyovun "Neftçi"yə çox bağlı olduğunu deyirlər. Həqiqətən elə idi?
- Bəli. O karyerası boyunca ancaq "Neftçi"də çıxış etdi. 12 il ərzində Bakı təmsilçisində 300-dən çox oyunda iştirak etdi və 4 qol vurdu. Daha çox oynaya bilərdi, amma 1983-cü ildə Kutaisi "Torpedo"suyla matçın ilk dəqiqələrində aldığı zədə karyerasını bitirməklə nəticələndi (həqiqətən də 1983-cü il iyunun 24-də Bakıda keçirilən oyunun artıq 9-cu dəqiqəsində zədələnən Özbəyov Mixaylevski ilə əvəzlənib və bir daha ağ-qara formada görünməyib – red.).

- Bəs onu baş məşqçi kimi necə xarakterizə edərdiz?
- Müəyyən dövrlərdə Qazaxın “Göyəzən”, Ağdamın “Qarabağ”, Lənkəranın “Xəzər”, Maştağanın “Nicat”, Sabirabadın “İnşaatçı” və Buzovnanın “Xəzri” komandalarında baş məşqçi kimi çalışdı. Sonra səhv etmirəmsə, 3 il "Kəpəz"də Mehman Allahverdiyevin köməkçisi oldu. Elə məşqçi kimi uğurlarını da Gəncə təmsilçisində qazandı. Həmin dövrdə "Kəpəz" iki dəfə ölkə çempionu və kubokun qalib oldu. Həmçinin avrokuboklarda da çıxış etdilər. Düşünürəm ki, Rəşid Özbəyov baş məşqçi yox, köməkçi məşqçi kimi daha effektli idi.

- Yaşıl meydandan kənarda necə biri idi?
- Hamının hörmətini saxlayardı. Amma məsafəni gözləyən biriydi. Yəni çox qaynayıb-qarışmaz, öz işiylə məşğul olardı. Heç kimə pislik etməzdi. İşi-gücü ancaq futbol idi. Boş vaxtını da ailəsinə ayırardı. İçkidən və bir çox pis vərdişdən uzaq olsa da, özünə baxan da deyildi. Vaxtında qidalanmaz, xəstələnəndə özünə fikir verməz, zamanı gələndə həkim müayinəsinə getməzdi. Elə buna görə də hansı xəstəliklərinin olduğunu bilmədi. Bir də eşitdik ki, dostlarıyla saunada olarkən ürəktutmasından canını tapşırıb. Həmin vaxt İranda baş məşqçi işləyirdim deyə, dəfninə çata bilmədim. Həm futbolçu, həm baş məşqçi, həm də insan kimi ömrü çox qısa oldu. Amma bu qısa ömründə futbolsevərlərin yaddaşında sürəti, aqressivliyi və döyüşkənliyi ilə "Neftçi" üçün çarpışan Rəşid Özbəyov qaldı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-05-2022, 15:0

“Neftçi” meydanda ədalətsizliklə üzləşəndə dərhal sinəsini qabağa verirdi” - ÖZƏL AÇIQLAMA

Aktual
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
Son xəbərlər
  • Bu gün, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 156
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 107
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə