"Zenit" Riçard Solomonla yolları ayırıb.
Football-plus.az xəbər verir ki, Rusiya təmsilçisi amerikalı basketbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
30 yaşlı mərkəz müdafiəçisi "Zenit"də ümumilikdə 24 oyunda iştirak edib. Onun orta göstəricisi 7,6 xal, 6,6 ribaund və 0,7 məhsuldar ötürmədi.