• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ayaz Quliyev İlqar Qurbanova yığmada oynamaq istədiyini deyib

Yığma / Manşet

30-01-2023, 23:0

Qış fasiləsindən sonra Misli premyer-liqası start götürdü.

19-cu turun "Zirə" - "Sumqayıt" qarşılaşmasını izləyənlər arasında yığmamızın və "Qarabağ"ın sabiq futbolçusu, hazırda isə milli komandada seleksiyaçı kimi çalışan İlqar Qurbanov da var idi. Onunla həm izlədiyi oyun, həm ölkə xaricində çıxış edən azərbaycanlı futbolçular, həm də başqa mövzular ətrafında söhbətimiz baş tutdu.

- "Zirə" - "Sumqayıt" oyunu ilə bağlı nə deyə bilərsiz?
- Qış fasiləsindən sonra ilk tur start götürdü. Komandalar təlim-məşq toplanışından yeni gəldiyinə görə hələ tam formada deyillər və maksimum ehtiyatlı oyuna üstünlük verirlər. Bu matç da bir qədər ehtiyatlı başladı. Lakin irəliləyən dəqiqələrdə həm sürət, həm də yaradıcılıq gözə dəydi. "Sumqayıt" erkən qol vurmaqla önə keçdi. İlk hissədə qonaqlar üstün idi. Amma fasilədən sonra qəsəbə təmsilçisi təzyiqi artırmaqla qollar vurub qələbə qazandı. Qısası, iki fərqli hissə izlədik.

- "Zirə"nin ikinci hissədə 3 qol vurmaqla qələbə qazanmasında nə əsas rol oynadı?
- Bir neçə məqam sadalamaq olar. Əvvəla, "Sumqayıt"ın heyəti, özü də orta xətdə dağıdıcılığı ilə seçilən Vüqar Mustafayevin yoxluğu özünü göstərdi. İkincisi, müdafiənin mərkəzinin əsas siması Vurğun Hüseynovun zədələnərək əvəzlənməsi və Murad Xaçayevin dayaqdan müdafiəyə çəkilməsidi. Bunlar "kimyaçılar"ın oyun sistemini və intizamını pozdu, nəticədə mərkəzdə rəqibə boşluqlar verdilər. Üçüncüsü, "Zirə" fasilədən sonra daha istəkli başladı. Rəşad Sadıqovu əvəzləmələri, əsas da Lukoviçin meydana çıxması komandanı canlandırdı. Rəqibin verdiyi boşluqları görərək, sürətli və texnikalı futbolçuların bacarığından maksimum yararlanaraq qollar vurub qələbə qazandılar.

- Seleksiya işləriniz necə gedir? Ölkə xaricində oynayan azərbaycanlı futbolçuları milliyə qazandıra bilirsiz?
- Hazırda “gözaltı etdiyimiz” yeni futbolçular yoxdu. Rusiyada çıxış edən Ayaz Quliyevlə Ukrayna "Aleksandriya"sında oynayan Emin Mustafayevlə danışıqlar gedir.

- Onların yığmada oynamaq istəyi var?
- Emin Mustafayev millimizdə oynamağa çoxdan razılıq verib, hətta U-21-in heyətində də çıxış edib. Çox perspektivli futbolçudu. Sadəcə, hazırda Ukraynada davam edən müharibəyə görə doğru-dürüst çempionat keçirilmir deyə, Eminin oyunlarını yetərincə izləyə bilmirik.

- Bəs Ayaz Quliyev?
- Ayazla söhbət etmişəm. Mənə millimizdə oynamaq istədiyini deyib. Sadəcə, bəzi detallara, əsasən də pasport məsələsinə görə yekun qərar yubanır. Çünki Ayaz yığmamızda çıxış edəcəyi halda Rusiyada legioner sayılacaq. Onun qarşısında duran əsas maneə budu. Əslində bu, Rusiyada yaşayan əksər Azərbaycan kökənli futbolçular üçün problemdi. Şimal qonşumuzda azərbaycanlı futbolçular çoxdu, sadəcə, orda yerli oyunçu statusunu itirməmək üçün millimizdə oynamaqdan çəkinirlər.

- Axı Ayaz Quliyev son açıqlamasında demişdi ki, Azərbaycan millisini seçsəm, Rusiyada əcnəbi futbolçu sayılmayacam…
- Xeyr, elə deyil. Rusiyada yalnız qazax, qırğız, belaruslu, erməni və tacik oyunçular öz ölkələrinin millilərini seçsələr, legioner sayılmırlar.

- Bir ara Ayazın adı "Neftçi"ylə yanaşı hallandı. Necə düşünürsüz, "ağ-qaralar"a keçidi baş tuta bilər?
- Mən də bu haqda mətbuatdan oxumuşam. Amma onunla söhbət zamanı Azərbaycan çempionatına can atdığını hiss etmədim. Futboldu, hər şey ola bilər. Amma istərdik ki, seleksiya nəticəsində milliyə qazandırdığımız oyunçular ölkə xaricində oynasın.

- Bəs Avropada seleksiya işləriniz necə gedir?
- Avropa ölkələrində, əsasən də Almaniyada “gözaltı etdiklərimiz” 15-17 yaşarası uşaqlardı. Daha çox oyunlarını izləyir, lazım olanda onları aşağı yaş qrupları üzrə yığmalara dəvət edirik.

- Qarşıda millini çətin rəsmi oyunlar gözləyir. Bu barədə nə deyə bilərsiz?
- Düzgün vurğuladız, həqiqətən çətin oyunlar gözləyir. İlk iki görüşün səfərdə olacağını nəzərə alsaq, işimiz çox çətindi. Amma ruhdan düşməməli, özümüzü mübariz oyuna kökləməli, xal və xallar qazanmalıyıq.

- Seçmə mərhələyə qədər Ayaz Quliyevlə Emin Mustafayevi milliyə qazandırmaq mümkün olacaq?
- Ayaz Quliyevlə bağlı məsələ bir qədər çətindi. Amma Emin Mustafayevin vəziyyəti sırf formasına bağlıdı. "Aleksandriya"da müntəzəm çıxış etsə, dəvət olunacaq.

- Sabiq komandanız "Qarabağ"ı Konfrans Liqasında "Gent"lə duel gözləyir. Şansları necə dəyərləndirərdiz?
- "Gent" yetərincə ciddi rəqibdi. Buna rəğmən, Ağdam təmsilçisinin avrokuboklarda böyük təcrübəsi var. İnanıram ki, iki oyunun nəticəsinə görə sonda sevinən tərəf biz olacağıq.

- Kadi Borges "Krasnodar"a transfer olundu, Şahruddin Məhəmmədəliyev uzun müddətə sıradan çıxıb. Bu itkilər fonunda Belçika təmsilçisini üstələmək mümkün olacaq?
- Əlbəttə, bu futbolçuların yeri görünəcək, əsas da Şahruddinin. Qapıçı amili olduqca ciddidi. Əbəs yerə “qapıçı komandanın yarısıdı” demirlər. “Çərçivə”də kimin dayanması başqa futbolçulara da müəyyən qədər rahatlıq yaradır. Çünki təcrübəli "əlcək sahibi”nin olması müdafiəçilərin üzərinə təzyiqin düşməsinin qarşısını alır. "Qarabağ" yeni transferlər də edib. Amma fikrimcə, onların komandaya uyğunlaşması müəyyən vaxt alacaq. Həmçinin Qurban müəllimin hazırda qapıçı axtarışında olduğunu da bilirik.

- Premyer-liqanın ikinci yarısından nə gözləyirsiz? "Qarabağ" yenə asan çempion olacaq?
- Premyer-liqada çempionluğa əsas namizəd "Qarabağ"dı. Amma bu, ağdamlıların asan çempion olacağı anlamına gəlməməlidi. İlk "4-lük"də gərgin mübarizə gedəcək. Qış fasiləsində "Qəbələ" transfer etmədi, işi çox çətin olacaq. Düşünürəm ki, ilk "4-lük"də ciddi dəyişiklik olmayacaq. "Sabah"ın yaxşı heyəti var. Həm "Qarabağ"la sona qədər mübarizə aparacaq, həm də izləyiciləriylə xal fərqini artırmağa çalışacaq. Ola bilər, "Neftçi" daha yaxşı çıxış etməklə Masazır təmsilçisini üstələsin. Bunu qarşıdakı oyunlar göstərəcək. Sonuncu pillənin sahibinin elitanı tərk edəcəyini nəzərə alsaq, ikinci "5-lik" komandaları arasında da gərgin və maraqlı mübarizənin gedəcəyi şübhə doğurmur.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

10-01-2023, 16:0

AFFA bu futbolçunu milliyə cəlb etmək üçün danışıq aparır – RƏSMİ

Premyer-liqa / Manşet

1-02-2023, 19:0

“Sabah” və “Neftçi”dən qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

20-10-2022, 20:0

"Qarabağ"dan böyükhesablı qələbə - YENİLƏNİB

Aktual
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
Son xəbərlər
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 15:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 232
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə