“Torino” Florensiya lənətinə son qoydu.
Football-plus.az xəbər verir ki, Mirançukun vurduğu yeganə qol turinlilərə təxminən 47 ildən sonra A seriyasının səfər oyununda “Fiorentina” üzərində qələbə qazandırdı.
“Buğalar” Florensiyada sonuncu dəfə 1976-cı ildə qalib gəlmişdilər (1:0). Onu da qeyd edək ki, A seriyasında 10-cu qolunu (“Torino”da 4, “Atalanta”da 6) vuran Mirançuk bu liqada rusiyalı futbolçular arasında ən yaxşı 4-cü bombardirdi. Aleksey İqor Kolıvanov (44), İqor Şalimov (25) və İqor Simutenkovdan (13) geri qalır.