"Atalanta" bu futbolçudan imtina edir

18.04.2022 16:18 551
Dünya futbolu
“Atalanta”da yayda satışa çıxarılacaq oyunçular müəyyənləşib.

İtaliya klubunu tərk edəcək futbolçular sırasında Aleksey Mirançuk da var. Rusiyalı yarımmüdafiəçi məşqçilərin ümidlərini doğrulda bilmədiyi üçün onunla vidalaşmağa qərar verilib.

26 yaşlı Aleksey “Atalanta”ya 2020-ci ildə “Lokomotiv”dən transfer olunub. O, bu mövsüm A seriyasında iştirak etdiyi 16 oyunda 2 qol vurub.