"Lans"dan 3,9 milyonluq transfer

27.01.2023 14:54 231
Dünya futbolu
“Strasbur”un yarımmüdafiəçisi Adrien Tomasson “Lans”a keçib.

Football-plus.az xəbər verir ki, transferin dəyəri 3,9 milyon avro təşkil edib.

Yeni klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər razılaşdırılan 26 yaşlı futbolçu “Strasbur”un formasında meydana çıxdığı 156 oyunda 28 qolun və 19 məhsuldar ötürmənin müəllifi olub.