25 yaşında həlak oldu...

24.01.2023 19:55 257
Dünya futbolu
Anton Uolks dünyasını dəyişib. “Tottenhem”in sabiq futbolçusu faciəvi şəkildə ölüb.

“Şarlott”un 25 yaşlı ingilis müdafiəçisi qayıq qəzasında həlak olub. Anton Florida ştatının Mayami şəhəri yaxınlığında qəzaya uğrayıb. Uolks 2016-18-ci illərdə “Tottenhem”də çıxış edib. Vətənində “Portsmut”un da şərəfini qoruyan futbolçu ABŞ-a üz tutaraq əvvəlcə “Atlanta Yunayted”də, sonra isə “Şarlott”da oynayıb. Bəxtsiz Antonun peşəkar karyerası ərzində meydana çıxdığı 218 matçda 11 qolun və 4 məhsuldar ötürmənin müəllifi olduğunu da bildirək.