Daha bir məkan "Neftçi"nin ixtiyarına verilib.
Football-plus.az xəbər verir ki, söhbət Bakı Olimpiaya Stadionundan gedir. Flaqmanın akademiyasının müxtəlif yaş qrupları üzrə komandaları ölkənin ən böyük arenasının meydançalarında məşq edir.
"Neftçi"yə məxsus kollektivlər ötən həftədən BOS-da hazırlıqlar keçməyə başlayıb.
Qeyd edək ki, akademiyanın komandaları həm BOS-da, həm də "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqlər keçəcəklər.
Maraq üçün bildirək ki, arenada "Zirə", "Qəbələ", hakimlər və millinin müxtəlif yaş qrupları üzrə komandaları məşq edir.
İLKİN SULTANLI
Bu arena "Neftçi"nin ixtiyarına verildi
Premyer-liqa / Manşet