Beynəlxalq Boks Assosiasiyası (IBA) idmançılara yarışlara bığ və saqqalla qatılmağa icazə verib.
Qurumun rəsmi saytının məlumatına görə, bundan sonra boksçular yarış zamanı saqqal və bığ saxlaya biləcəklər. Amma saqqal 10 sm-dən uzun olmamalı və boynu örtməməlidi. Xatırladaq ki, daha əvvəl idmançıların rinqə saqqalla çıxması qadağan olunmuşdu.