Ronaldo - Messi duelində 9 qol vuruldu, PSJ qələbə qazandı - VİDEO

20.01.2023 12:40 331
Video
Səudiyyə Ərəbistanının "Əl-Nassr" və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə Fransa PSJ-si arasında yoldaşlıq oyunu keçirilib.

Football-plus.az xəbər verir ki, "Kral Fəhd" stadionunda oynanılan qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə başa çatıb - 5:4.

Qeyd edək ki, PSJ 39-cu dəqiqədən etibarən azlıqda oynayıb. Xuan Bernat birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Qarşılaşmanın icmalını təqdim edirik: