Ukraynalı futbolçu İspaniyada oynayacaq

19.01.2023 18:15 240
Dünya futbolu
Viktor Sıqankov Kiyev “Dinamo”sundan ayrılıb. O, karyerasını İspaniyada davam etdirəcək.

25 yaşlı yarımmüdafiəşi “Jirona”ya keçib. La Liqa təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, ukraynalı futbolçu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. “Jirona” Sıqankov üçün “Dinamo”ya 5 milyon avro ödəyəcək. Viktorun digər kluba satış məbləğinin yarısı da kiyevlilərə çatacaq.

Ukrayna yığmasının da üzvü olan yarımmüdafiəçi bu mövsüm ölkə çempionatında iştirak etdiyi 13 oyunda 6 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.