Belə ki, Milan təmsilçisinin telekanalında yayınlanan bir rubrikada özü haqda danışan dığa haralı olması ilə bağlı suala cavab verərkən bunu xəritədə göstərmək qərarına gəlib. Bunun üçün isə o, Ermənistanın ərazisini çəkməklə yanaşı, Qarabağın da bir hissəsini göstərib. Bu da Azərbaycanın ərazi bütövlüyünə qarşı aşkar təxribatdı. Hər mənada bu addım qeyr-etik, hörmətsizlik və tərbiyəsizlikdi. Ancaq Mxitaryanın qəhrəman ordumuzun işğaldan azad etdiyi Şuşada villasını itirdiyini də nəzərə alsaq, yanğısı anlaşılandı. Maraqlıdı, AFFA erməni futbolçunun bu hərəkəti ilə bağlı hansı addımı atacaq? FİFA və ya UEFA-ya müraciət, şikayət olacaqmı? Bu suallara cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq:
“Bu məsələ haqda məlumatlıyıq. Müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Zəruri hüquqi sənədlər hazırlanır. Gün ərzində UEFA-ya və İtaliya Futbol Federasiyasına müraciət ediləcək”.
ŞAİR ABDULLA
