Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatının II turunda Kanadanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
"Football-plus.az" xəbər verir ki, mütəxəssis 4:1 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:
“Komandamı gözəl oyun münasibətilə təbrik edirəm. Həvəs və enerjisi olan bir rəqiblə qarşılaşdıq. İlk dəqiqələrdə qol buraxsaq da, geridönüş edə bildik. Nəticə istədiyimiz kimi oldu. Komandam möhtəşəmdi. Bu qələbəyə layiq idik. Daha irəli gedə bilərik”.