Dünən yoldaşlıq görüşündə Azərbaycan Moldovanı səfərdə məğlub etdi - 2:1.
Football-plus.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sergey Kleşenko məğlubiyyət haqda fikirlərini səsləndirdi:
“Birinci hissə bizə alınmadı. Daim gecikdik, bütün mübahisəli toplara çatdırmadıq, təkbətək mübarizələrdə uduzduq. İkinci hissədə oyun xarakter və dinamika baxımından bir qədər dəyişdi. Fasilədən sonrakı mübarizədən razıyıq. Amma unutmayaq ki, matç iki hissədən ibarətdir. Təəssüf ki, Azərbaycan bu gün qalib gəldi və buna layiq idi. Rəqib də ikinci hissədə əvəzetmələrə əl atdı. Onların da özlərini sübut etməli olan gənc futbolçuları var idi. Hiss etdik ki, ikinci hissədə sürət artır, mübarizə daha da gərginləşir. Üstəlik, meydana sonradan çıxanların əksəriyyəti gənclər idi və özlərini sübut etməyə çalışırdılar”.