Alabama Universitetinin basketbolçusu 21 yaşlı Darius Maylz qətl ittihamı ilə həbs edilib.
Football-plus.az xəbər verir ki, cinayət bazar günü gecə saatlarında ştatın Tuskalusa şəhərində törədilib. Basketboçunun hücumuna məruz qalan 23 yaşlı Ceymi Harriz hadisə yerində dünyasını dəyişib. Maylzın qətli Merilend Universitetinin tələbəsi Maykl Lin Devizlə birlikdə törətdiyi bildirilir. Ştatın hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, qətlə səbəb zərərçəkənlə şübhəlilər arasında kiçik mübahisə olub.
Qeyd edək ki, polis basketbolçunun cinayətini təsdiq edən videogörüntüləri əldə edib.