"Sumqayıt"a lazım olmadı, Serbiyada özünə klub tapdı

2.01.2023 13:00 255
Premyer-liqa
"Sumqayıt"dan ayrılan Damian Daniçiçin yeni klubu məlum olub.

Football-plus az xəbər verir ki, müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 22 yaşlı futbolçu "Vozdovaç"a keçib.

O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Daniçiç mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edirdi. O, "kimyaçılar"la 12 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.