Oyun başlayan kimi 3 xallıq atdı

1.01.2023 15:46 247
İdman
Srağagün keçirilən “İndiana” – “Klivlend” oyununda maraqlı hadisə baş verib.

Meydan sahiblərinin müdafiəçisi Baddi Hild MBA tarixinin ən erkən üçxallıq atışını (statistika 1996-cı ildən aparılır) gerçəkləşdirib. Oyun başlayan kimi topu ələ keçirən Baddi dərhal onu səbətə göndərib. Bu proses 3 saniyə ərzində baş verib. Liqanın əvvəlki rekordu da “İndiana”nın oyunçusuna məxsus idi. Reci Miller 2000-ci ildə “Qolden Steyt”lə oyun başlayandan cəmi 4 saniyə sonra 3 xallıq atışla yadda qalmışdı.