Ümumilli sorğumuzun ikiqat qalibi hazırda Almaniyadadı.
Football-plus.az olaraq ondan qısa açıqlama ala bildik. Eldəniz Əzizli bu ada layiq gördüyü idmançının da adını söylədi:
"Öncə hər birinizə təşəkkür edirəm. 2022 həqiqətən də Azərbacan güləş ailəsi üçün uğurlu illərdən biri oldu. Bütün nüfuzlu turnirlərdə komanda və fərdi şəkildə yüksək nəticələr qazandıq. Mən də medal kolleksiyamı daha da zənginləşdirdim. Qazandığım uğurların hər biri mənim üçün xüsusi çəkiyə malikdi. 2018-ci ldə olduğu kimi, 2022-də məni ilin yaxşı idmançısı seçdilər. Buna görə hamıya minnətdarlığımı bildirirəm. Siyahı hazırlanarkən, təbii ki, medalın hansı idman növündə qazanıldığına diqqət olunmalıdı. Olimpiya idman növləri həm daha çətindi, həm də rəqabət böyükdü. Özümü nəzərə almasaq, fikrimcə, qələbəyə ən layiqli namizəd Hidayət Heydərov idi. İli yetərincə yüksək nəticələrlə başa vurdu. Onu da nəzərə alaq ki, cüdoda rəqabət həddən artıq güclüdü”.