Əlbəttə, Argentina yığması dünya çempionu kimi “ilin komandası” nominasiyasında rəqib tanıya bilməzdi.
Football-plus.az xəbər verir ki, “Albiselesta” ən nəhəng turnirdə 36 illik həsrətə son qoydu.
“Gümüşlər ölkəsi”nin komandası sonuncu dəfə dahi Dieqo Maradonanın fantastik oyunu sayəsində 1986-cı ildə Meksikada keçirilən mundialda çempion olmuşdu. Argentina millisi tarixində 3-cü dəfə planetin ən güclüsü adını qazandı.