“Bruklin”in ulduz forvardı Kevin Dürant srağagün karyerası boyunca topladığı xal sayına görə beşqat MBA çempionu Tim Dankanı arxada qoydu.
Football-plus.az xəbər verir ki, O, “Klivlend”lə oyunda topladığı 32 xalla göstəricisini 26516-ya çatdırdı (972 oyunda).
Kevin ümumi xal sıralamasında Dankanı 15-ci yerdən (26496 xal, 1392 oyun) sıxışdırdı. MBA-nın ən məhsuldar oyunçuları sırasında 14-cü yerdə isə Dominik Uilkins (26668) qərarlaşıb.