FİFA monitorinqi başa vurdu

27.12.2022 15:55 307
DÇ 2026
FİFA DÇ-2022-də danışılmış oyunlara görə monitorinqi başa çatdırıb.

Football-plus.az xəbər verir ki, bu məlumatı qurumun rəsmi saytı yayıb.

Auditin nəticələrinə görə, FİFA Qətərdə keçirilən dünya çempionatının heç bir matçının müqavilə xarakterli olmadığını bəyan edib. İcmal çərçivəsində qanuni mərc bazarları üzrə monitorinq hesabatları təhlil edilib, şübhəli davranışlara görə yarışların keçirildiyi yerlərdə monitorinq aparılıb.

Xatırladaq ki, dünya çempionatının finalında Argentina millisi Fransanı əsas vaxtı 2:2, əlavə vaxtı isə 3:3 hesabı ilə başa çatan oyundan sonra penalti seriyasında məğlub edərək (4:2) üçüncü dəfə çempion olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul