Azərbaycanlı xizəkçi yarış zaman qəza törətdi

24.12.2022 16:12 281
İdman
Azərbaycanı beynəlxalq xizək yarışlarında təmsil edən atletimiz İlya Kostov İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyi idmanının “downhill” növü üzrə yarışı zamanı ayağının sınması ilə nəticələnən xəsarət alıb.

Football-plus.az xəbər verir ki, aldığı zədə səbəbindən idmançımız mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.

Zədələnmədən bir gün öncə atletimiz İtaliyanın Pila kurortunda FIS təqvimindən keçirilən yarışda xüsusi slalom növündə 7 ölkədən olan 105 idmançı arasında 8-ci, öz yaş qrupunda isə 3-cü yerə sahib olub.