"Sabah" tarixinin ən böyükhesablı qələbəsi

24.12.2022 13:08 258
Premyer-liqa
"Sabah" tarixinin ən böyükhesablı qələbəsinə imza atıb.

Football-plus.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna Misli premyer-liqasının 18-ci turunda ötən gün "Sumqayıt"la görüşdə nail olub.

"Sabah" rəqibini 6:0 hesabı ilə məğlub edib. Bu, 2017-ci ildə yaradılan klubun tarixində ən böyükhesablı qələbədir.

​Komada hazırda turnir cədvəlində 43 xalla 2-cidir. Onlar lider və 1 oyun az keçirən "Qarabağ"dan 4 xal geri qalırlar.