DÇ-2022-nin qalibi Argentina millisi 41 milyon avro qazanıb.
Football-plus.az xəbər verir ki, FİFA turnirin çempionu olan ölkənin futbol qurumunun hesabına bu qədər vəsait köçürüb. Mundialın gümüş mükafatçısı Fransa millisinin turnirdəki qazancı isə 29 milyon avro olub. “RMC Sport”un yaydığı xəbərə görə, Fransa Futbol Federasiyası (FFF) bu vəsaitin 30 faizini komandaya ayırıb. Beləliklə, hər futbolçu 288 min avro irəli düşüb. FİFA-nın FFF-yə köçürdüyü pul mükafatının qalan 70 faizi isə ölkədə həvəskar futbolun təşkili və inkişafının maliyyələşdirilməsinə sərf oluncaq.