Nikola Yokiçdən rekord

19.12.2022 11:59 223
İdman
"Denver"in hücumçusu Nikola Yokiç bazar günü "Şarlott"un 119:115 hesabı ilə məğlub etdikləri matçda şou göstərdi.

Football-plus.az xəbər verir ki, serbiyalı komandasının xeyrinə 40 xal, 27 ribaund, 10 məhsuldar ötürmə yazdırdı. Bununla da o karyerasının rekordunu qırdı.

Nikola Yokiç əfsanəvi Uilt Çemberlenin nəticəsino də təkrarlamış oldu.