Bento postunu tərk etdi

16.12.2022 11:10 283
DÇ 2026
Paulo Bento artıq Koreya yığmasını çalışdırmır.

Football-plus.az xəbər verir ki, o, baş məşqçi vəzifəsini tərk edib.

Portuqaliyalı mütəxəssis milli komandaya 2018-ci ildən təyinat almışdı. Koreya yığması DÇ-2022-də mübarizəni 1/8 finalda Braziliyaya uduzmaqla (1:4) dayandırmışdı.