Dünya çempionatının finalının təyinatları açıqlandı

15.12.2022 22:52 318
DÇ 2026
Dünya çempionatının finalına artıq 3 gün qalıb.

Football-plus.az xəbər verir ki, həlledici matçın hakimləri bəlli olub. Argentina - Fransa oyununu polşalı referi Şimon Marçinyak idarə edəcək. Ona Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Qeyd edək ki, Argentina - Fransa matçı dekabrın 18-də saat 19.00-da başlayacaq.