Ronaldo Neymara məsləhət verdi

15.12.2022 16:11 262
Dünya futbolu
"Bu təzyiqə müqavimət göstərməsi üçün Neymara psixoloji yardım almağı məsləhət görərdim. Bundan sonra meydana yenə eyni həvəs və istək ilə qayıdacaq"


Football-plus.az xəbər verir ki, bunu Braziliya millisinin sabiq futbolçusu Ronaldo PSJ-də çıxış edən həmyerlisi Neymar barədə danışarkən deyib.
Əfsanəvi hücumçu bildirib ki, yığmadakı təzyiqə tab gətirmək üçün oyunçular psixi sağlamlığına nəzarət etməlidi:

"Xüsusilə hər kəsin milli komandanı izlədiyi dünya çempionatınadək bu məsələni həll etmək çox vacibdi. Qətərdə bütün dünya Neymara baxırdı. Psixoloji cəhətdən əzildiyini dediyi müsahibəsini görəndə ürəyim parçalandı. Ona necə kömək edəcəyimi bilmək istərdim. İndi mümkündü, amma mənim vaxtımda bu barədə çox danışılmırdı. Karyerasında etdiyi hər şeyə qiymət vermək olmaz. Bunu Neymar da bilir. Təbii ki, hamı dünya kubokunu qazanmaq istəyir, amma eyni zamanda hamı başa düşür ki, bu asan deyil. Bizim beş titulumuz var və hələlik ilk sıradayıq".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul