Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək.
Football-plus.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/16 final mərhələsinin ilk matçında Almaniyada “VfB SUHL Thüringen” klubu ilə üz-üzə gələcək. Görüş saat 22.00-da başlayacaq.
Komandalar arasında cavab oyunu dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada keçirilir.