4 klub "Bahar" kubokunda iştirak edəcək

16.03.2022 13:39 583
İdman
Martın 17-də Azərbaycan Voleybol Federasiyasının Novruz bayramına həsr etdiyi “Bahar” kubokuna start veriləcək.

Qadın voleybolçular arasında təşkil olunacaq yarışda Super Liqanın iştirakçıları - “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.

Kubok uğrunda oyunlar iki gün davam edəcək. Püşkə əsasən yarış “Azərreyl” - “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14.00-da başlayacaq. Ardınca saat 16.00-da isə “Murov” UNEC-i sınağa çəkəcək.

Reqlamentə əsasən, birinci gün qalib gələn komandalar 1-ci yer uğrunda, məğlub komandalar isə 3-cü yer mübarizə aparacaq. Hər iki matç martın 18-də keçiriləcək. “Bahar” kubokunun oyunları federasiyanın idman zalında təşkil olunacaq.