Qadın voleybolçulardan ibarət "Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirib.
Football-plus.az xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsinin cavab oyununda Slovakiya "Slaviya"sı ilə qarşılaşıb. Görüş Dərnəgül Voleybol Mərkəzində keçirilib. Oyun "dəmiryolçular"ın inamlı qələbəsi ilə başa çatıb - 3:0 (26:24, 25:14, 25:21). İlk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi iki görüşün nəticəsinə əsasən 1/16 finala yüksəlib.
Qeyd edək ki, təmsilçimiz növbəti mərhələdə Almaniyanın "VFB 91 Zul" komandası ilə qarşılaşacaq.