Vlaşiç İtaliyada qalacaq

11.12.2022 22:31 254
Dünya futbolu
“Torino” icarə əsasında komandada çıxış edən yarımmüdafiəçi Nikola Vlaşiçlə bağlı qərarını verib.

Football-plus.az xəbər verir ki, klub onu heyətində saxlamaq istəyir. İtaliyalılar 25 yaşlı xorvatiyalının transfer hüquqlarını almaq üçün “Vest Hem”ə yeni təklif irəli sürəcək. “Torino” İngiltərə klubuna 14,5 milyon avro ödəməyə hazırdı.