İngiltərəli fanatlar İtaliyada qaldılar

7.05.2022 13:13 455
Dünya futbolu
Konfrans Liqasının yarımfinal mərhələsinin İtaliyada keçirlən cavab oyununda insident baş verib.

“Roma” - “Lester” matçından (1:0) sonra İngiltərə klubunun 7 azarkeşi İtaliyada saxlanılıb. Buna fanatların Olimpiya stadionunda stüardlara hücum etməsi səbəb olub.

İtaliya mənbələri hadisənin matçın son dəqiqələrində baş verdiyini bildirib. Qarşıdurma zamanı 6 stüard və 5 polis əməkdaşı xəsarət alıb.