Anatoli Banişevskinin xatirəsi yad olunub

9.12.2022 16:45 261
Ölkə futbolu
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər "Neftçi" komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin vəfatından 25 il ötür.

Football-plus.az xəbər verir ki, bu gün mərhum hücumçunun ailə üzvləri, AFFA-nın əməkdaşları, futbol veteranları, futbol ictimaiyyətinin nümayəndələri oyunçunun məzarını ziyarət edib, gül dəstələri qoyublar.