• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Emin Mahmudov tək "Neftçi"nin yox, Azərbaycanın aparıcı futbolçularından biridi" - "Neftçi" azarkeşi

Premyer-liqa / Manşet

8-12-2022, 16:0

Azərbaycan derbisi bir sıra maraqlı məqamlarla yadda qaldı.

Football-plus.az xəbər verir ki, bunlardan biri də meydan sahiblərinin kapitanı Emin Mahmudovla azarkeşlər arasında yaşanan xoşagəlməz hadisədi. Belə ki, oyun başa çatandan sonra heç bir futbolçu azarkeşlər olan tribunaya yaxınlaşmadı. Ancaq kapitan bu məsuliyyəti üzərinə götürdü. Azarkeşlərlə qısa danışıqdan sonra geri dönən Mahmudov onların vulqar sözlərlə “formanı çıxarın” demələrinə də dözə bilmədi. Bundan sonra o formasını çıxarıb əlində saxladı.

Maraqlıdı, azarkeşlər həmin an məhz Emin Mahmudovu hədəfə almışdı? Niyə ancaq kapitan onlara yaxınlaşdı və qayıdarkən də formanı çıxardı? “Nefçi”nin azarkeşlərlə əlaqələndiricisi vəzifəsinə təyinat alan Aqil Məmmədquliyevlə əlaqə saxlayıb, bu suallara və orda yaşanan hadisəyə aydınlıq gətirdik. Həmsöhbətimiz öncə təyinatına toxundu:

"Rəsmən noyabrın 1-də işə başladım. Lakin bu söhbət, demək olar ki, ilin əvvəlindən başlamışdı. Namizədliyimi kimin təklif etdiyini bilmirəm. Bildiyim odu ki, klub rəhbərliyi öndə gedən azarkeşlərdən soruşublar. Onlar da, yəqin ki, müsbət danışıblar. Rüstəm Allahverdiyev isə bunu Kamran müəllimə bildirib. Ondan sonra dəfələrlə Kamran müəllimlə görüşdüm. Nəhayət, ötən ayın əvvəlində işə başladım. Azarkeşlərlə əlaqələndiriciyəm. Belə desək, klubun daxilində azarkeşlərin nümayəndəsiyəm. Onların sözlərini, fikirlərini kluba, klubunkuları isə azarkeşlərə çatdırıram".


Məmmədquliyevin Azərbaycan derbisində yaşananlara reaksiyası belə oldu:

“Ümumiyyətlə, peşəkar idmanın müəyyən bir səviyyəsi var. Əminəm ki, Emin Mahmudov o səviyyədədi. İdmançı olaraq həmişə tam istədiyini etmədiyini düşünür. Həmişə özündən narazıdı və bundan artığını edə biləcəyini düşünür. Təbii ki, bu düşüncədə olan idmançılar bir peşəkar kimi heç vaxt həmin hesabla barışa bilməzdi. Emin Mahmudov tək "Neftçi"nin yox, Azərbaycanın aparıcı futbolçularından biridi. Heç kim onun haqqında pis söz deyə bilməz. Bizim narazılığımız "Neftçi"nin hazırkı bərbad çıxışı ilə bağlıdı. "Qarabağ"la matçda səsləndirdiyimiz "formanı çıxarın və rədd olun gedin" ifadəsi Eminə aid deyil. Mən 30 ildi "Neftçi" azarkeşiyəm, pis-yaxşı gündə komandanın yanında olmuşam. Zəif çıxışlarımız da olub, amma onda belə komanda döyüşürdü. Hazırda isə oyun planında da heç nə gözə dəymir. "Neftçi"də dəyişikliklər gedir, Müşahidə Şurası yeniləndi. Ümid edirik ki, bunun faydası olacaq. Biz müsbət dəyişikliklər istəyirik... “Qarabağ”la əvvəlki oyuna nəzər salaq. Onda 1:3 məğlub olmuşduq. Komandanın 60-65 dəqiqə göstərdiyi oyuna görə, uduzmaqlarına baxmayaraq, azarkeşlər onları çağırdı və alqışladı. Məsələ ondadı ki, həmin vaxt oyun var idi, hamı meydanda can qoyurdu. Görünürdü ki, ab-hava fərqlidi. Lakin budəfəki “bacarmadıq” sözü başqa bir şeydi. Oyun baxımından bir çox problem var idi. Bundan əvvəlki turda “Səbail”ə qarşı keçirilən qarşılaşmada da bir-iki dəyişiklik oyunu darmadağın etdi və biz artıq həyəcan təbili çalmışdıq. Bu dəfə də vəziyyət elə yerə gəldi ki, uşaqların aqressivliyi son həddə çatdı. Ona görə də belə hadisələr baş verdi. Lakin azarkeşlərin hər birində belə düşüncə var: futbolçu mənim ailə üzvüm kimidi. Yeri gələndə əsəbləşəcəm, yeri gələndə acılayacam və ya öpüb gözümün üstünə qoyacam. Uşaqlar futbolçuları bu dərəcədə çox istəyir. Lakin insan psixologiyasıdı, istər-istəməz davamlı şəkildə belə hallar baş verəndə, “Qarabağ”la oyunda da bu səbəbdən uduzanda əsəblər tarıma çəkilir. “Neftçi” azarkeşi kimi təhqiri qəbul etməsəm də, bunun tərəfdarı olmasam da, azarkeş qrupunun üzvlərini də qınaya bilmərəm. Rəhbərlik özü də bunu başa düşür. Klub rəhbərliyi belə oyundan sonra etiraz edən azarkeşlərə nə deyə bilər ki?”


ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

17-10-2022, 13:0

Emin Mahmudov üçün ikiqat əlamətdar oyun

Premyer-liqa

14-03-2022, 12:0

Emin Mahmudov üçün əlamətdar oyun

Premyer-liqa

8-08-2022, 11:0

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

Aktual
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
Son xəbərlər
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
Daha çox
Oxunub: 192
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 166
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə