“Zirə” ilə oyundan əvvəl "Neftçi"də “Sağlamlıq durumu” - VİDEO

8.12.2022 15:33 312
Premyer-liqa
Azərbaycan kubokunun 1/4 finalında "Zirə" ilə ilk oyuna çıxacaq "Neftçi"də heyətlə bağlı ciddi problem yoxdu.

Football-plus.az xəbər verir ki, komandada yalnız Sezar Meza Kolli meydana çıxa bilməyəcək. "Ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı "Neftçi TV"yə bildirib ki, bir neçə oyunçuda kiçik zədələr var, ancaq onların meydana çıxıb-çıxmaması baş məşqçinin qərarından asılıdır.

Bu gün Zirə İdman Kompleksində keçiriləcək "Zirə" - "Neftçi" matçı saat 18.00-da startn götürəcək.