Faiq Hüseynovu Bakıya Sadıq Sadıqov qaytarıb

23.10.2022 17:18 2 390
İdman / Manşet
Bildiyiniz kimi, “Neftçi” İdman Klubunun tərkibində basketbol komandası da yaradılıb.

“Ağ-qaralar” artıq iki turu geridə qalan Azərbaycan çempionatına uğurlu start verib. Paytaxt təmsilçisi maksimum nəticə göstərib. Teymur Hüseynovun yetirmələri “AAAF Xırdalan”ı (88:70) və “Sərhədçi”ni (85:80) məğlub edib.

Komandanın həkimi uzun müddət Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” klubunda çalışmış Faiq Hüseynovdu. Bakıya qayıtmasının səbəbini özündən eşidək:
“Neftçi”nin basketbol komandası qısa müddətdi yaradılıb. Bura gəlişim Sadıq Sadıqovun dəvətinə əsasən baş tutdu. Cəmi 2 oyun keçirmişik. Hər ikisində də qələbə qazanmışıq. Qarşıda 4 dövrə var. Komanda tam formalaşmasa da, hədəfimiz bütün matçları uğurla başa vurub pley-offa vəsiqə
qazanmaqdı. Fürsətdən istifadə edib 25 illiyi münasibətiylə “Futbol+”i təbrik edir, işlərinizdə uğurlar arzulayıram”.


İSMAYIL XEYRULLAYEV