Premyer-liqa matçı qapıçının formasına görə 7 dəqiqə gec başlayıb

7.12.2022 14:35 445
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 16-ci turunda "Kəpəz" "Sumqayıt"ı qəbul etdi.

Football-plus.az xəbər verir ki, "kimyaçılar"ın 1:0 hesabıyla qalib gəldikləri oyunun 14.30-da start götürəcəyi nəzərdə tutulmuşdu. Lakin futbolçular meydana 4 dəqiqə gec çıxdı. Oyun isə 7 dəqiq gecikmə ilə, 14.37-də start götürdü.

Maraqlıdı, Gəncə şəhər stadionunda oyun niyə gec başladı? Bu suala cavab tapmaq üçün PFL-in mətbuat katibi Sənan Abdullayevə müraciət etdik:

"Meydan sahibi komandanın qapıçısında forma problemi olmuşdu. Bir gün öncədən komandalar formaları göndərir, hakimlər isə təsdiq edir. Lakin bəzən formanın əyani görünüşü şəkildəkindən fərqli olur. Oyuna çıxmamış baş hakim hesab edib ki, "Kəpəz"in qapıçısının forması ilə "Sumqayıt"ın futbolçularınınkı oxşardı. Bu səbəbdən başqa formadan istifadə olunmasını təklif edib. Matçın gec başlamasının səbəbi budu".


ŞAİR ABDULLA