Məşhur tennis məşqçisi Nik Bolletyeri 92 yaşında dünyasını dəyişib.
Football-plus.az xəbər verir ki, amerikalı mütəxəssis bazar günü, dekabrın 4-də gözlərini əbədi yumub. 2020-ci ildə onda böyrək infeksiyası aşkarlanmışdı.
Bolletyeri zəngin məşqçi karyerası boyunca kişilər və qadınlar arasında 12 dünya birincisi yetişdirib. Onun yetirmələri arasında ruslar Mariya Şarapova və Anna Kurnikova, amerikalılar Andre Aqassi, Cim Kurye, Uilyams bacıları, alman Tommi Haas və isveçrəli Martina Hingis də var. 2014-cü ildə Bolletyerinin adı Beynəlxalq Tennis Şöhrəti Salonuna daxil edilib.