Lebron Ceymsdən Devisə tərif

5.12.2022 15:53 303
İdman
MBA-nın son turunda "Leykers" "Uizards"ı 130:119 hesabı ilə məğlub edib.

Football-plus.az xəbər verir ki, qarşılaşmadan sonra Lebron Ceyms komanda yoldaşı Entoni Devisi tərifləyib:

"O, inanılmazdı. Sözün hər mənasında. Devis bu liqanın ulduzu kimi oynayır. Meydanda tək dominatlıq edir"

Qeyd edək ki, bazar günü Devis komandasının hesabına 55 xal yazdırıb və 17 ribaund edib.