"Neftçi" bu futbolçunun keçidi üçün 300 min avro ödəməyə hazırdı - İDDİA

1.12.2022 17:11 1 028
Premyer-liqa / Manşet
Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, məlumatı “eurostavka.ru" saytı yayıb. "Neftçi" keçidlə bağlı Rusiya ilə müzakirələrə başlayıb.

Lakin hələ rəsmi təklif göndərilməyib. Paytaxt təmsilçisi yarımmüdafiəçinin transferi üçün 300 min avro ödəməyə razıdı. Rusiyalılar isə bu keçiddən 500-700 min qazanmaq istəyir.

Quliyevin artıq Azərbaycan vətəndaşlığı aldığı da iddia olunur. Yarımmüdafiəçinin legioner deyil, yerli statusu daşıması da “ağ-qaralar” üçün cəlbedicidi.